Tramp soyqırımı tanımayacaq

Tramp soyqırımı tanımayacaq

“Ermənistan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Riçard Kirakosyan Donald Trampın “erməni soyqırımı”nı tanımayacağını deyib. Kirakosyan Trampın Türkiyə administrasiyası ilə sıx dostluq münasibətləri quracağını bildirib.

“Tramp administrasiyasının “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Əvvəki, administrasiyaların bəyanatlarına bənzər açıqlamalar veriləcəksə də, “soyqırımı”nın tanınmasından söhbət getməyəcək. Bunun bir səbəbi Trampın Ərdoğanın Suriya məsələsindəki köməyini nəzərə alması və İŞİD-ə qarşı mübarizəyə cəlb etmək planları ilə bağlıdır. Təsadüfi deyil ki, referendum nəticələri bəlli olan kimi Tramp Türkiyə prezidentinə telefon zəngi edərək təbrik etdi. Digər tərəfdən, Tramp Türkiyədə vaxtı ilə biznes layihələri həyata keçirib və türk biznesmenlərlə yaxşı münasibətləri var”.

Riçard Kirakosyanın fikrincə, PKK, İŞİD terroru və Suriyaya müdaxilə Ankaranı təhlükə altında saxlayan əsas məsələlərdir. Onun fikrincə, Ərdoğan 7 illik maksimuma çatan işsizlik səviyyəsi ilə, həmçinin milli valyuta lirənin devalvasiyası ilə mübarizə aparmalı da olacaq.