TRACECA ölkələri 2030-cu ilədək konteyner daşımalarının inkişaf konsepsiyası ilə tanış olublar

Xəbər - Fidan Babayeva – AzerTimes:

TRACECA hökumətlərarası komissiyasının daimi katibliyi üzv ölkələri 2030-cu ilədək konteyner daşımalarının inkişaf konsepsiya ilə tanış edib.

AzerTimes-in məlumatına görə, bunu TRACECA-nın baş katibi Aset Asavbayev deyib.

Onun sözlərinə görə, konsepsiya layihəsi Avropa və Asiya ölkələri arasındakı ticarət əlaqələrinin təhlilini, müntəzəm konteyner daşımalarının təşkilinə dair tövsiyələri əhatə edir

Baş katib bildirib ki, Çinin 2013-cü ildə elan etdiyi “Bir kəmər – bir yol” təşəbbüsündən sonra aktuallaşmış konteyner axını uğrunda mübarizənin qlobal tendensiyaları yaxşı nəticələrə və yüksək artım tempinə gətirib çıxarıb:

“2020-i ilin yekunlarına əsasən konteyner daşımalarının 9 faiz artımı müşahidə olunub, daşınan yüklərin həcmi isə 8 min 20-futluq konteyneri ötüb”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: