Toyota Tailandda üç zavodunun işini dayandırır

Toyota konserni Taylanddakı üç zavodunun işini dayandırır.

AzerTimes-ın məlumatına görə, buna səbəb ehtiyyat hissələrinin çatışmazlığıdır.

Bildirilir ki, zavodlar 29 iyul tarixinə qədər bağlı qalacaqlar. Ehtiyyat hissələrinin çatışmazlığı ölkədə koronavirusun yayılması ilə bağlı bu sahənin istehsalat müəssisələrinin bağlanmasından yaranıb.


Xatırladaq ki, Taylanddakı “Toyota” zavodları ildə 760.000 avtomobil istehsal edir.