Tovuzda qeysəriyyə əməliyyatı ilə doğuş edən ana öldü

Tovuzda qeysəriyyə əməliyyatı ilə doğuş edən ana öldü

Tovuz sakini, (adı çəkilmir) qadın qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.  

11 gün əvvəl rayon Mərkəzi xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirən rayon sakini, 1988-ci il təvvəllüdlü Oksana Əliyeva beyinə qan sızdığına görə reanimasiya şöbəsinə yerləşdirilib. Ona 11 gün tibbi yardım göstərilsə də dünən axşam saatlarında qadın dünyasını dəyişib.

Uşağın vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadın 3-cü övladını dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.