Tovuzda qadını elektrik vurdu

Tovuzda qadını elektrik vurdu

Tovuz sakinini elektrik cərəyanı vurub.

Hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Cəfərova Ülviyyə Mehman qızı evdə elektrik açarını söndürən zaman əli üzəri açıq olan məftilə toxunub və cərəyan onu vurub.

Qadın dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.