Tovuzda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilinən, rayonun İsakənd kənd sakini Vüsal Məmmədov saxlanılıb. Şübhəli şəxsə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, 368 kibrit qutusunda qablaşdırılımşış, ümumi çəkisi 1 kq 545.07 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı, narkotik vasitəni satmaq üçün özü əkdiyini bildirən Vüsal Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: