Tovuzda birmərtəbəli tikili yanıb

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 160 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli tikilinin taxtadan ibarət tavanı 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: