Tovuzda 4 otaqlı ev yanıb

Tovuz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Əlimərdanlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: