Tovuz rayonunda sexdə yanğın baş verib

Tovuz rayonunda sexdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 200 m² olan daş sexinin içərisində 2 ədəd dəzgah, 1 ədəd generator, 15 m² sahəyə yığılan rezin qəliblər və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik ticarət obyektləri yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: