Tour d’Azerbaidjan – 2017

Tour d’Azerbaidjan – 2017

Bu gün Bakının bir çox mərkəzi yolu artıq bağlanır. “Tour d’Azerbaidjan-2017” velosiped yarışı bu gün start götürəcək.

Bu ilki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ – Ağsu – Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Tur mayın 7-dək davam edəcək. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də “EuroSport” kanalı vasitəsilə yayımlanacaq.