“TikTok”un işində nasazlıq yaranıb

“TikTok” sosial şəbəkəsinin işindəki problemlər ABŞ-da müşahidə olunub.

AzerTimes-ın məlumatına görə, bu Downdetector xidmətinin saytında bildirilib.

Problemlərini bildirən Amerikalı istifadəçilərin 84 faizi video izləməkdə problem yaşayır, 8 faizi hesabına daxil ola bilmir, digər 7 faizi sosial şəbəkələrdə fayllar dərc edə bilmir.