“The Beatles” qrupunun üzvləri birgə mahnı yazdırıblar

“The Beatles” qrupunun üzvləri birgə mahnı yazdırıblar

Ötən əsrin 60-cı illərinin məşhur “The Beatles” musiqi qrupunun üzvləri – Pol Makkartni (78) ilə Rinqo Starr (80) “Beautiful Night” (füsunkar gecə) mahnısını yeni tərzdə birgə yazdırıblar.

Həmin mahnı Makkartninin 1997-cü ildə çıxarılmış və iyul ayının 31-də yenidən satışa çıxarılması nəzərdə tutulan “Flaming Pie” albomundandır.

Sözügedən albomun Pol Makkartni Arxiv Kolleksiyasının bir hissəsi olaraq satılacağı bildirilir ki, həmin arxiv həmçinin 32 əlavə səs parçasını və 128 səhifəlik kitabı da ehtiva edir.

Bu məsələyə dair fikirlərini bildirən P.Makkartni R.Starr ilə “Beatles”dən kənar heç vaxt bir yerdə çox çalışmadıqlarını qeyd edib.

O, “The Beatles” qrupunun 1970-ci ildə dağılmasına baxmayaraq, R.Starr ilə qarşılıqlı tellərinin hələ də qaldığını dilə gətirib.