Texasda yol qəzasında 8 meksikalı ölüb

ABŞ-ın Texas ştatında ağır yol qəzası olub.

AzerTimes-ın “Televisia” telekanalına istinadən verdiyi məlumata görə, qəza avtomobildə olan 8 meksikalının polislərdən qaçmağa çalışarkən baş verib.


Məlumata əsasən, meksikalıların olduğu avtomobil Del-Rio şəhərindən 50 kilometr şimalda yüksək sürətlə pikapa çırpılıb. Qəza nəticəsində avtomobildə olan 8 Meksika vətəndaşı ölüb.