Texasda 14 nəfəri odlu silahdan yaralayan şəxs saxlanılıb

ABŞ-ın Ostin şəhərində (Texas ştatı) polis 14 nəfərin yaralandığı atışmada şübhəli bilinən şəxsi saxlayıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhər polis idarəsinin saytında yayımlanan açıqlamada bildirilir.

“Bir şübhəli bilinən şəxs saxlanılıb. İkincisi hələ də azadlıqdadır”, – məlumatda deyilir.


Daha əvvəl şəhər rəhbərliyi baş verən atışma nəticəsində 14 nəfərin yaralandığını bildirib. Hadisəni törədilməsi motivləri barədə məlumat verilməyib.

Teqlər: