Tesla elektromobili yarışda Lamborghini’ni keçdi

Tesla elektromobili yarışda Lamborghini’ni keçdi

“Tesla Model X” elektromobili ilə “Lamborghini Aventador SV” yarış avtomobilinin sürət imkanları sınaqdan keçirilib.  

400 metrlik məsafəyə sürüşdə “Tesla” rəqibinin göstəricilərini üstələyərək seriya buraxılışlı krossoverlər üçün rekord əldə edib.

Belə ki, P100D modifikasiyalı elektromobil “Lamborghini”ni 0,05 saniyə qabaqlayıb. Üstəlik, o da nəzərə alınmalıdır ki, “Tesla Model X” 2,5 ton, “Lamborghini Aventador SV” isə 1,9 ton çəkiyə malikdir. “Model X” elektrik mühərriki 580 at gücündə, “Lamborghini”nin ənənəvi mühərriki isə 750 at gücündədir.

Bundan başqa, “Tesla”nın krossoveri xeyli ucuzdur – cəmi 165 min dollar. “Lamborghini Aventador SV” isə 530 mindir. Beləliklə, “Tesla Model X P100D “ rəsmən dünyanın ən sürətli seriya buraxılışlı krossoveri adını qazanıb.

Bununla yanaşı, “Lamborghini Aventador SV” ilə “Tesla Model S”in sürət imkanları da yoxlanılıb və “Lamborghini” 0,15 saniyə üstünlüklə qalib gəlib.