Telman İsmayılov Monteneqroda saxlanıldı

Rusiyanın paytaxtı Moskvada Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS Monteneqro mediasına istinadən məlumat yayıb.

İlkin məlumata əsasən, T.İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham edilir.


Azərbaycanlı iş adamının axtarışı İnterpol xətti ilə həyata keçirilib.

Teqlər: