Televiziya ofisinə silahlı basqın

Televiziya ofisinə silahlı basqın

Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.

Naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.

Hadisə iyunun 21-dən 22-nə keçən gecə baş verib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.