Teleradio Akademiyasının məzunları ulduz oldular (VİDEO)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 29 dinləyicisi qurumda işlə təmin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, Akademiyanın birinci buraxılışından 21, ikinci buraxılışından 8 nəfər QSC-də işləyir.

Xatırladaq ki, 2010-cu ildə yaradılmış Teleradio Akademiyası 2019-cu ildən tam şəkildə fəaliyyətə başlayıb, ilk məzunları da məhz həmin ildə olub.

Dərslər Rövşən Məmmədov, Faiq Hüsiyev, Rafiq Həşimov, Nərgiz Cəlilova, Dilarə Səlim və digər tanınmış media mütəxəssisləri tərəfindən tədris olunur.

Onu da bildirək ki, Akademiya tez-tez xarici təhsil müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2021-ci ildə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin təşkilatçılığı ilə onlayn formatda “Media Yaradıcılığı Sertifikat Proqramı” treninqləri keçirilib.


Qeyd edək ki, Teleradio Akademiyasında üçüncü buraxılış üzrə dinləyicilərin praktik məşğələləri davam edir.

Akademiyanın fəaliyyəti ilə bağlı videoçarx hazırlanıb, məzunların və QSC-də işləyən məzunların fikirlərinə yer verilib. Həmin videoçarxı təqdim edirik:

Teqlər: