Təhsil sahəsi “PAŞA Holding” şirkətlər qrupunun korporativ-sosial siyasətində xüsusi yer tutur – Cəlal Qasımov

Xəbər - Zeyni Cəfərov – Trend:

Təhsil sahəsi “PAŞA Holding” şirkətlər qrupunun korporativ-sosial siyasətində xüsusi yer tutur.

Trend-in məlumatına görə, bunu “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransında deyib.

Onun sözlərinə görə, “PAŞA Holding” və onun törəmə müəssisələri Dövlət İqtisad Universitetinin bir sıra dördüncü kurs tələbələri və məzunları üçün virtual vakansiya sərgisi təşkil edib. Həmin tələbə və məzunlardan 11 nəfəri “PAŞA Holding”in müvafiq strukturlarına işə dəvət olunub


O əlavə edib ki, tələbə və abituriyentlərin hərtərəfli inkişafı üçün “PAŞA Holding”in bir çox layihələri mövcuddur.

(Tərcümə: Orxan Nəbiyev)