Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib

Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Məlumata görə, o, bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib, aktiv xəstə sayı 27 036 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, ötən müddət ərzində isə ümumilikdə 3 218 111 test aparılıb.

Teqlər: