Təbii qaz davası davam edir

Təbii qaz davası davam edir

   Rusiya ilə Ukrayna arasında son günlərdə mətbuat müstəvisində gedən qaz müharibəsi “Qazprom” təmsilçisi Sergey Kupriyanovun Ukrayna prezidenti Pyotr Poroşenkoya cavab verməsi ilə son günlərdə bir qədər də dərinləşib.

Sergey Kupriyanov bildirib ki, “Şimal axını – 2” layihəsinin Stokholm məhkəməsinin qərarı ilə heç bir əlaqəsi yoxdur.

Daha öncə Ukrayna prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Stokholm məhkəməsi “Qazprom”la münaqişə edən “Naftoqaz”ın xeyrinə qərar verdiyindən Rusiya “Şimal axını – 2” layihəsini gerçəkləşdirmək istəyir.

Qeyd edək ki, “Şimal axını – 2” layihəsi “Şimal axını” layihəsinin genişlənmiş variantıdır. Şimal dənizi ilə keçəcək kəmər Rusiyadan Avropaya ildə 55 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Bu, “Qazprom”un ümumi ixrac gücünün 27,8%-i deməkdir. Bu, Avropanın ümumi qaz istehlakının təxminən 10 faizinə bərabərdir. Kəmər həmin qazın Rusiyadan Baltik dənizi vasitəsi ilə Almaniyaya qədər ötürülməsini nəzərdə tutur nəzərə olaraq bu, Ukraynanın tranzit pullarından məhrum olması deməkdir.

Avropanın qaza olan tələbatı isə il ərzində 550 milyard kubmetr səviyyəsindədir. Bunun yalnız 300 milyard kubmetri boru kəməri ilə verilir, qalanı isə tankerlərlə gətirilən sıxılmış qaz hesabına təmin edilir. Boru kəmərləri ilə ötürülən qazın təxminən 220 milyard kubmetri Rusiyanın payına düşür. Bunun 80-85 millyard kumbetri Ukraynadan ötürülür. “Şimal axını – 2” layihəsi gerçəkləşərsə, Ukraynadan ötürülən qazın miqdarı 30 milyard kubmetrə düşə bilər. Bu isə “Naftoqaz”ın, ümumilikdə isə Ukraynanın böyük pullar itirməsi deməkdir. İki ölkə arasında münasibətlər Krımın ilhaqından və Rusiyanın Donetsk və Luqansk vilayətlərinin işğal etməsindən sonra başlayıb.

“Qazprom”la “Naftoqaz” arasında münaqişə 2014-cü ildə başlayıb. Rusiya da “Şimal axını – 2” layihəsinin gerçəkləşdirilməsinə 2014-cü ildə başlayıb. Buna görə, Pyotr Poroşenkonun dedikləri müəyyən qədər məntiqli görünür. Amma Sergey Kupriyanov bununla razılaşmayıb.

“Bunlar müxtəlif zamanlarda baş vermiş iki fərqli məsələdir. “Şimal axını – 2″ layihəsinin gerçəkləşdirilməsinə biz Stokholm arbitrajının qərarından çox əvvəl başlamışıq. Buna görə, burda şərh etməli heç nə yoxdur”, – deyə Kupriyanov vurğulayıb.