TƏBİB xalq artisti Arif Quliyevin xəstəxanada görüntüləri ilə bağlı açıqlama verib

Sosial şəbəkələrdə və KiV-lərdə “Yeni klinika”da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) AzerTimes-a bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır:

“Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”.

Teqlər: