Tbilisidə ticarət mərkəzi yanır

Xəbər - Orxan Nəbiyev – Trend:

Tbilisidə ticarət mərkəzində yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, yanğın “Meqalayn” ticarət mərkəzində başlayıb. Yanğının qarşısının alınması üçün 7 yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd olunur ki, yanğın ticarət mərkəzinin zirzəmisində başlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.