Tbilisi Azərbaycandan olan turistlər üçün daha maraqlı istiqamətə çevrilir – Səfir

Xəbər - Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev – Trend:

Pandemiya dövründə Azərbaycan və Gürcüstan səfirliklərinin dəstəyi ilə hər iki ölkənin vətəndaşlarına böyük kömək göstərilib.

AzerTimes-ın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Səfir bildirib ki, Tbilisi həm turizm, həm də tranzit baxımından Azərbaycan üçün daha maraqlı istiqamətə çevrilir:

“Tbilisi hava limanından Amsterdam, Vyana, Berlin, Münhen, Paris, İstanbul, Afina və digər şəhərlərə reyslər keçirir”.

Z.Pataradze bildirib ki, AZAL martın 19-dan başlayaraq həftədə üç dəfə Gürcüstana uçuşlar edəcək:


“Tələb yüksəkdir və biz reyslərin sayını artıra bilərik. Biz uçuşların başlanmasını nikbinliklə qeyd edirik və vaksinasiya prosesinin operativ davam edəcəyinə ümid bəsləyirik”.

Teqlər: