Tayvanda qatar qəzası nəticəsində ölənlərin və yaralananların sayı artıb

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, 186 nəfər xəsarət alıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölənlərdən biri Fransa, ikisi isə ABŞ vətəndaşıdır, daha 4 meyitin kimliyi müəyyən edilməyib.


Məlumata əsasən, xəsarət alanlar arasında Avstraliya, Çin və Yaponiya vətəndaşları da var, azı 40 nəfər hələ də xəstəxanadadır.