“Tarixi ədalətin bərpası” – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edib. Heç bir qurum, heç bir ölkə Azərbaycanı bu hüquqdan məhrum edə bilməz. Azərbaycan, əslində, BMT-nin görməli olduğu işi görüb, bu təşkilatın və məlum dörd qətnaməni qəbul edən Təhlükəsizlik Şurasına üzv ölkələrin üzərindəki ləkəni təmizləyib. Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin qərarını Azərbaycan Ordusu reallaşdırıb. Odur ki, Azərbaycanın terrorizmə qarşı mübarizəsi həm BMT, həm digər beynəlxalq təşkilatlar, həm də tərəqqipərvər bəşəriyyət tərəfindən dəstəklənməlidir. Çünki Ermənistanın siyasi hakimiyyəti bütün bölgə, bütün dünya üçün təhlükə mənbəyidir. Azərbaycan bu gün bölgənin və dünyanın təhlükəsizliyi uğrunda mübarizə aparıb və böyük uğurlar əldə edib.

AzerTimes-ın məlumatına görə, Rüfət Həmzəyevin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Tarixi ədalətin bərpası” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova, şəhid atası Mirzə Şamilov və AMEA Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: