Tarixi binanın üzərində qanunsuz tikinti aparanlar müəyyənləşəcək – BŞİH

Xəbər - Ceyhun Ələkbərov- Trend:

Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili ilə bağlı komissiya yaradılacaq. Komissiya təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görəcək:

Bu barədə AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.


Qeyd olunub ki, sosial şəbəkələrdə yayılmış məlumatlara operativ reaksiya verən BŞİH strukturları hazırda hadisə yerinə cəlb olunub və 28 May küçəsindəki tarixi binanın üzərində olan həmin tikili sökülür.

Teqlər: