TAP yaxın iki il ərzində tam gücünə çatacaq – BEA

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) yaxın iki il ərzində illik 10 milyard kubmetr həcmində tam gücünə çatacaq.

AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə Avropanın boru kəmərləri ilə qaz idxalı Rusiya, Şimali Afrika və İrandan idxalın kəskin azalması ilə əlaqədar 10 faizdən çox azalıb: 2021-ci ildə boru kəmərləri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir. 2021-ci ilin birinci yarısında TAP vasitəsilə təxminən 3 milyard kubmetr qaz ixrac olunub ki, ilin sonunadək bu gösərici 5 milyard kubmetrədək çata bilər. 2021-2024-cü illərdə Avropaya boru kəməri ilə qaz nəqlinin 6 faiz artacağı gözlənilir. Buna, əsasən, regionda istehsalın sürətlə azalması səbəb olacaq”.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: