TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ildə Trans-Adriatik qaz kəməri (TAP) ilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər.

Trend bu barədə “Global Platts Analytics” agentliyinə istinadən məlumat verir.

Yunanıstanın DEPA agentliyi Azərbaycandan ildə bir milyard qazın tədarük olunması ilə bağlı müqavilə imzalayıb. İtaliya şirkətləri isə 2021-ci il üzrə nəzərdə tutulmuş qaz həcminin təxminin yarısını əldə edəcək: “Beləliklə, gözləmək olar ki, bu il Yunanıstana TAP vasitəsilə qaz nəqlinə tələbatın bir milyon barel/sutkadan çox olacaq”.

Agentliyin hesabatında deyilir ki, hazırda Yunanıstanda qaza tələbat təxminən 5 milyard kubmetr təşkil edir, onilliyin sonunda isə bu rəqəmin 7 milyard kubmetrədək artması gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: