TAP layihəsinin genişləndirilməsi məsələləri müzakirə olunub

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

TAP ölkəmizi Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir.

AzerTimes-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Boru Kəmərinin operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luca Skyeppati ilə videokonfrans formatında görüşü zamanı deyib.

Görüşdə TAP layihəsi üzrə işlərin planlaşdırılan vaxtda yekunlaşması yüksək qiymətləndirilib və kəmərin kommersiya fəaliyyətinə başlamasının “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addım olduğu bildirilib.

Görüş zamanı TAP layihəsinin genişləndirilməsi – kəmərin ümumi gücünün 20 milyard kubmetrədək artırılması, təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarının aparılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması ilə bağlı “Yaşıl saziş” və enerji bazarlarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: