TAP Avropa bazarında rəqabətliliyi və qaz təchizatının təhlükəsizliyini artıracaq – Aİ Şurası

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Adriatik boru kəməri (TAP), eləcə də Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya boru kəməri (BRUA) və Xorvatiyanın Krk adasında mayeləşdirilmiş qaz terminalı Avropa bazarında rəqabətliliyi və qaz təchizatının təhlükəsizliyini artıracaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

Qeyd olunub ki, bu vacib infrastrukturlar regionda qaz tədarükü mənbələrinin şaxələndirilməsini də təmin edəcək:

“Avropa İttifaqı Şurası Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoru layihəsi çərçivəsində davam edən tikinti işlərini müsbət qəbul edir. Layihənin reallaşdırılması müddətləri 2022-ci ilin iyuluna keçirilib. Təşkilat layihənin təşəbbüskarlarını və bütün maraqlı tərəfləri layihənin vaxtında başa çatdırılması, Bolqarıstanın və Cənub-Şərqi Avropanın digər hissələrində yeni qaz mənbələrinə çıxışın asanlaşdırılması üçün səyləri artırmağa çağırır”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: