Tanınmış türkiyəli aktyor Rasim Öztekin vəfat edib

Türkiyəli aktyor Rasim Öztekin müalicə olunduğu xəstəxanada vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

F.Koca bildirib: “Serial, teatr və kino aktyoru Rasim Öztekin, ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanamızda göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun”.