“Taliban” xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib

Xəbər - Orxan Nəbiyev – Trend:

“Taliban” radikal hərəkatı mayın 1-dək beynəlxalq qoşunların Əfqanıstanı tərk etməsini tələb edib.

AzerTimes-ın məlumatına görə, bu barədə hərəkatın yayımladığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, qoşunların çıxarılmasının ləngidilməsi tərəflər arasında əldə olunan Doha razılaşmasının pozulmasına gətirib çıxara bilər.


Qeyd edək ki, ABŞ pezidenti Co Bayden ötən gün ABŞ qoşunlarının sentyabrın 11-dək Əfqanıstandan çıxarılacağını elan etmişdi.