“Taliban” nümayəndə heyəti Türkiyəyə səfər edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın “Taliban” hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətinin bir qrup nümayəndə heyəti Türkiyəyə səfər edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Müttəkinin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi şəxslərlə görüşəcək. Onların türkiyəli naziri Mövlud Çavuşoğlu ilə də görüşəcəyi gözlənilir.

Bu, “Taliban” nümayəndələrinin Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.