“Taliban” ABŞ-ın sülh planını qəbul etməyib

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın “Taliban” radikal hərəkatı sülh tənzimlənməsi çərçivəsində ABŞ-ın təklif etdiyi sülh planını qəbul etməyib.

AzerTimes-ın məlumatına görə, bunu “Taliban”ın siyasi qolunun nümayəndəsi Naim Vardak deyib.

O bildirib ki, ABŞ-ın təklif etdiyi müvəqqəti hökumət formalaşdırılması planı ölkənin qarşısında dayanan problemləri həll etməyəcək.

Onun sözlərinə görə, “Taliban” xarici qoşunların Əfqanıstandan tam çıxarılmasında təkid edir.

Qeyd edək ki, daha əvvəl müvəqqəti hökumət fikrini rəsmi Kabil də qəbul etməmişdi.