Tailand höküməti YouTube və Facebooka sərt xəbərdarlıq etdi

Tailand höküməti YouTube və Facebooka sərt xəbərdarlıq etdi

Tailand hökuməti “Facebook” və “YouTube”u lisenziyalarını ləğv etməklə hədələyib.  

Tailand hökuməti sosial şəbəkələrdən ölkə məhkəmələri tərəfindən qadağan olunan informasiyaların silinməsini tələb edir. Söhbət 1700 səhifədən çox “zərərli” informasiyadan gedir. Tailand Milli Telekommunikasiya və Yayım Komissiyası şirkətləri məhkəmə qərarından sonra bu xəbərləri blok etməyə çağırıb.

“Facebook və YouTube“ qanunsuz kontent olan səhifələri avqustun 7-nə qədər silməlidir. Əks halda, Tailand ərazisində onların fəaliyyətinə qadağa qoyulacaq.