Tacikistanda helikopter qəzaya uğrayıb – Ölən və yaralanan var

Xəbər - Orxan Nəbiyev – Trend:

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində rusiyalı turistləri xilas etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində helikopterin pilotu həlak olub. Daha dörd nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, helikopter bölgədə 6 min metr hündürlükdə qalmış turistləri xilas etməli idi. Yeddi turistlə iyulun 28-dən əlaqənin itdiyi deyilir.

Helikopter buzlaq ərazidə eniş edərkən qəzaya uğrayıb.