Süveyş kanalında saya oturmuş konteyner gəmisi xilas edildi – Misir prezidenti

Xəbər - Orxan Nəbiyev – Trend:

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Süveyş kanalında saya oturmuş konteyner gəmisinin xilas edilməsi əməliyyatının uğurla başa çatdığını bildirib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

Misir prezidenti bildirib ki, kanalda yük daşımaları tezliklə bərpa olunacaq.

Qeyd edək ki, Tayvanın “Evergreen” şirkətinin “Ever Given” konteyner gəmisi martın 23-də saya oturmuşdu.

400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsundə 300-dən çox gəmi Süveyş kanalında qalıb.

Teqlər: