Süveyş kanalında daha bir gəmi saya oturdu

Xəbər - Orxan Nəbiyev – Trend:

Süveyş kanalının cənubunda tanker saya oturub.

AzerTimes-ın məlumatına görə, insidentə baxmayaraq, “Minerva Nike” tankeri qısa müddət ərzində xilas edilib.

Süveyş kanalında hərəkətə ciddi fəsad yaranmayıb. Qeyd olunur ki, insident zamanı yaxınlıqda minimum iki gəmi olub.


Xatırladaq ki, ötən ay Süveyş kanalında 400 metr uzunluğunda konteyner gəmisi saya oturmuş, nəticədə bir həftəyə yaxın kanalda hərəkət iflic olmuşdu.