Süveyş Kanalı İdarəsi hadisədə qismən gəmi kapitanını təqsirləndirib

Süveyş Kanalı İdarəsi konteyner gəmisində yaşanan hadisədə məsuliyyəti qismən kapitanın üstünə qoyub.

AzerTimes-ın məlumatına görə, bu barədə mətbuat konfrasında idarənin rəhbəri Usama Rabiya bildirib.

Onu sözlərinə görə, kapitan həmişə gəmiyə cavabdehdir:


“Güclü küləklər heç vaxt kanalın bağlanmasına gətirib çıxartmayıb. Bəli, bu qəzaya səbəb olan amil ola bilərdi. Ancaq unutmayın ki, birinci məsul və gəmini idarə edən şəxs kapitandır. Losman məsləhət funksiyasını daşıyır, lakin son qərar kapitana qalır”.