Şuşaya çəkilən yolun 200 min kvadratmetr ərazisi minalardan təmizlənib – ANAMA (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Füzulidən Şuşaya çəkilən yolda 200 min kvadrametr ərazidə sahə minalardan təmizlənib.

Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

O qeyd edib ki, sözügedən ərazilər Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndində yerləşir:


“Təmizləmə nəticəsində 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina və 5 ədəd partlamamış silah-sursat aşkarlanaraq zərərsizləşdirilib”.

Teqlər: