Şuşaya atılan raket tam olaraq partlayıb – ANAMA rəsmisi

Xəbər - Samir Əli – Trend:

Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd İskəndər raketi aşkar edib.

AzerTimes-ın məlumatına görə, bunu ANAMA operativ qərargahın rəisi İdris İsmayılov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib: “Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı “9-M-723” raketin olduğu müəyyən olunub. Hansı ki onun kod adı “İskəndər” olduğu müəyyən olunub.


Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir. Bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

İ.İsmayılov deyib ki, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır: “Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Raketin tam olaraq qalıqları aşkarlanıb”.

Teqlər: