Suriyanın şimalında iki türk hərbçisi həlak olub

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyat apardığı zonada PKK/YPG terrorçularının təşkil etdiyi hücum zamanı 2 türk hərbçisi şəhid olub.

AzerTimes-ın məlumatına görə, cavab tədbirləri nəticəsində ən azı 3 terrorçu zərərsizləşdirilib. Terrorçuların mövqelərinə zərbələr endirilməkdə davam etdirilir.


Teqlər: