Suriyada zirehli avtomobilin partlaması nəticəsində Rusiya hərbçisi ölüb

Suriyanın Xaseke vilayətində Rusiya hərbi polisinin zirehli avtomobilinin partlaması nəticəsində bir rus hərbçi öldü, daha üç nəfər yaralandı.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, üç yaralı xəstəxanalara çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur.

Bildirilib ki, zirehli avtomobil naməlum partlayıcı qurğuya düşməsi nəticəsində partlayıb.