Suraxanıda açıq ərazidə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə quru ot və qarışıq tullantılar (sayğac, plastik borular) təqribən 200 m² sahədə yanıb.

Teqlər: