Suraxanı rayonunda bağ vermiş yanğınla bağlı məlumat yayılıb

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindəndən AzerTimes-a verilən məlumatda bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş vermiş və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.


Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.

Teqlər: