Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir (FOTO)

Tərtər. Ceyhun Ələkbərov – Trend:

Suqovuşan və Talışkəndə enerjinin təhükəsiz şəraitdə çəkilməsi üçün, xətt gedəcəyi ərazi minalardan təmizlənir.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.

O əlavə edib ki, Tərtər rayonundan Suqovuşan və Talışkəndə gedən yolda ərazidən tapılmış müxtəlif təyinatlı piyada və tank əleyhinə minalar aşkar olunaraq partladılıb.

Teqlər: