Sumqayıtın bir hissəsinə içməli suyun verilişi dayandırılır

Xəbər - Samir Əli – AzerTimes:

Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq.

Bu barədə AzerTimes-ə “Azərsu” ASC_dən məlumat verilib. Məlumatda bildirilir ki, Sumqayıt şəhərini içməli su ilə ilə təmin edən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 02 iyun 2021-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Teqlər: