Sumqayıtda ümumi məhsul və xidmətlər buraxılışı artaraq 4 milyard 200 milyon manata çatıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 14 bənddən ibarət tədbirlərin uğurla icrası nəticəsində 2020-ci il ərzində şəhər üzrə ümumi məhsul və xidmətlər buraxılışı öncəki ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 4 milyard 200 milyon manata çatıb. İl ərzində şəhərin iqtisadi göstəriciləri də qənaətbəxş olub.

Sumqayıt İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 1 milyard 500 milyon manat təşkil edib.

Sənaye müəssisələrində 2 milyard 250 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Teqlər: