Sumqayıtda istifadə olunmayan tikilidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: